Ətraflı məlumat üçün əlaqə saxlayın.
Sanatoriyanın yerləşdiyi ərazi mülayim iqlim şəraiti ilə seçilir və bu, ürək-damar xəstəliklərinin müalicəsi üçün son dərəcə əlverişli hesab olunur. Burada xəstələr təbii və müalicəvi xüsusiyyətlərə malik yod-brom tərkibli mineral su ilə müalicə olunur.Sanatoriyanın ərazisində müalicə və yataq korpusları, bir və iki mərtəbəli kotteclər, yeməkxana, klub, idman meydançası, tenis kortu və digər yardımçı infrastruktur obyektləri yerləşir.Sanatoriya ümumilikdə 406 çarpayı ilə təmin olunub; bunlardan 70-i bir nəfərlik, 168-i isə iki nəfərlik otaqlardır.