Loading...
Çinar Hotel & Spa
Çinar Hotel & Spa
5 ulduzlu Çinar otel Naftalanda füsunkar təbiət, xüsusi tibbi müalicələr, naftalan terapiyası və xoş istirahət sizləri gözləyir.
Müalicə və Tibbi Ekspertiza
Geniş çeşiddə effektiv və fərdiləşdirilmiş tibbi müalicə üsulları ilə xidmət.
Qidalanma
Milli və Avropa mətbəxi ilə zəngin, sağlam “açıq bufet” təcrübəsi.
Əyləncə
Rahat istirahət, yüksək sürətli Wi-Fi, pulsuz parkinq və asudə fəaliyyətlər.
Çinar Hotel & Spa haqqında

Çinar Otel Bakıdan 350 km məsafədə, Naftalan şəhərində yerləşir. Sanatoriya gözəl yaşıllıq ərazidə , Gəncə Beynəlxalq Hava limanından 50 dəqiqəlik məsafədə yerləşir. Sanatoriyanın yeni tikilmiş otel binası, sağlamlıq mərkəzi, ictimai spa mərkəzi, uşaq əyləncə mərkəzi da daxil olmaqla, 11 hektarlıq ərazini əhatə edir. Qonaqlar açıq terrasda füsunkar təbiətin bəxş etdiyi mənzərədən zövq alaraq yerli və əcnəbi mətbəxin ləziz təamlarından dada bilərlər. Qonaqlara boulinq, bilyard, masaüstü tennis, ip parkuru, aerobika, fitnes, yoqa və digər oyunlar kimi əyləncələrin geniş çeşidi təqdim olunur.

Galereya
Min bir dərdin müalicəsi üçün
Naftalan vannası

Nadir xassələrinə görə, Naftalan nefti (və yaxud yağı) 70-dən artıq xəstəliyin müalicəsində istifadə oluna bilər. Bura dəri, əzələ-oynaq, uroloji və qulaq, burun, boğaz xəstəlikləri, o cümlədən, sinir sistemi, qan-damar sistemi ilə bağlı problemlər, stres və yorğunluq daxildir.

Bütün il ərzində Çinar Hotel & Spa otelində spa və idman zallarında sağlamlıq və istirahət imkanları təklif edilir. Naftalana səfər edən turistlər hansı müalicəni alacaqlarını müəyyənləşdirmək məqsədilə, ilk növbədə, "check up" (ümumi) müayinədən keçirlər. Bundan sonra təyin olunan müalicəyə, bir qayda olaraq, neft vannaları qəbul etmək daxildir.

Bununla yanaşı, xəstələr balneoterapiya, brom vannaları, masajlar, fizioterapiya və parafin terapiyasından da istifadə edə bilərlər. Naftalana xəstəlik müalicəsi deyil, sadəcə rahatlanmaq və relaksasiya ardınca da gələ bilərsiniz. Hər bir halda, Naftalan xəstəlik, stres və yorğunluqdan qurtulmaq üçün ideal məkandır!

Çinar Hotel & Spa
Müalicə Paketləri

Standard Paket

138 AZN /Gecə
  • Gündə 3 dəfə Qidalanma
  • Konsultasiya və Analizlər
  • Sağlamlıq Klubu
  • Naftalan Vannası
  • Yod-Brom vannası
  • 3 növ Fizioterapiya

Dayaq-Hərəkət sistemi Paketi

165 AZN /Gecə
  • Gündə 3 dəfə Qidalanma
  • Konsultasiya və Əlavə analizlər
  • Sağlamlıq Klubu
  • Naftalan Vannası
  • Parafin
  • 3 növ Fizioterapiya

İntensiv Paket

178 AZN /Gecə
  • Gündə 3 dəfə Qidalanma
  • Konsultasiya və Əlavə analizlər
  • Sağlamlıq Klubu
  • Naftalan Vannası
  • Parafin
  • 5 növ Fizioterapiya
Əfsunedici Otaqlar
Standard Otaq
•••

Çinar otelin gözəl bağ mənzərəli Standard otağında (19 m²) hər şey sizin rahatlığınız üçün təchiz edilib. 1 böyük və ya 2 ayrı çarpayı ilə təklif edilən bu otaqlar 2 böyük və ya 1 böyük və 1 uşağın istirahəti üçün ideal seçimdir. (19 m²)

Standard Müalicə Paketi
1 nəfər : 160 AZN/gecə
2 nəfər : 275 AZN/gecə
Dayaq-Hərəkət Sistemi Paketi
1 nəfər : 195 AZN/gecə
2 nəfər : 330 AZN/gecə
İntensiv Müalicə Paketi
1 nəfər : 205 AZN/gecə
2 nəfər : 355 AZN/gecə
Qeyd: Müalicə Paketləri üçün minimum rezervasiya 7 gecədən başlayır.
Standard Otaq
Deluxe Otaq
•••

Məxsusi olaraq yaşam, əyləncə və istirahət üçün yaradılmışdır! Gözəl bağ mənzərəsinə baxan. Deluxe otaqların (35 m²) komfort və rahat atmosferinə xoşgəlmisiniz. (35 m²)

Standard Müalicə Paketi
1 nəfər : 200 AZN/gecə
2 nəfər : 315 AZN/gecə
Dayaq-Hərəkət Sistemi Paketi
1 nəfər : 235 AZN/gecə
2 nəfər : 370 AZN/gecə
İntensiv Müalicə Paketi
1 nəfər : 245 AZN/gecə
2 nəfər : 395 AZN/gecə
Qeyd: Müalicə Paketləri üçün minimum rezervasiya 7 gecədən başlayır.
Deluxe Otaq
Executive Suite Otaq
•••

Eleqant çalarlar, geniş otaqlar və qüsursuz interyer. Executive Suite otaqlarda (80 m²) bütün bunların həzzini yaşayın. (80 m²)

Standard Müalicə Paketi
1 nəfər : 240 AZN/gecə
2 nəfər : 355 AZN/gecə
Dayaq-Hərəkət Sistemi Paketi
1 nəfər : 275 AZN/gecə
2 nəfər : 410 AZN/gecə
İntensiv Müalicə Paketi
1 nəfər : 285 AZN/gecə
2 nəfər : 435 AZN/gecə
Qeyd: Müalicə Paketləri üçün minimum rezervasiya 7 gecədən başlayır.
Executive Suite Otaq
Premium Suite Otaq
•••

4 nəfərin rahat yerləşə bildiyi, qonaq və 2 yataq otağından ibarət olan Premium Suite otaqlar (120 m²) ev abu-havası təklif edir. (120 m²)

Standard Müalicə Paketi
4 nəfər : 660 AZN/gecə
Dayaq-Hərəkət Sistemi Paketi
4 nəfər : 695 AZN/gecə
İntensiv Müalicə Paketi
4 nəfər : 705 AZN/gecə
Qeyd: Müalicə Paketləri üçün minimum rezervasiya 7 gecədən başlayır.
Premium Suite Otaq

Niyə Biz ?

Aşağı qiymətlər

Saytımızda qeyd edilən otellər uzunmüddətli partnyorlarımız olduğundan, sizə ən optimal qiymətləri təqdim edirik. Təqdim etdiyimiz qiymətlər əksər hallarda daha aşağıdır.

Ən son məlumatlar

Biz hər bir otel və ya kurort haqqında hərtərəfli məlumat veririk. Bu məlumatlar daim yeniləndiyindən qonaqlarımıza endirimlər, xüsusi təkliflər və digər xəbərlər barədə ilk olaraq məlumat veririk.

24/7 Müştəri Xidməti

Aviabilet, otel rezervasiyası, transfer, ekskursiya və s. xidmətləri ilə istirahətiniz boyu yarana biləcək bütün suallarınız peşəkar komandamız tərəfindən qısa müddətdə cavablandırılacaqdır.