Gold Naftalan Otel Bakıdan 350 km , Gəncə Beynəlxalq Hava limanından 50 dəqiqəlik məsafədə yerləşir. Sanatoriya 2 hektarlıq geniş ərazidə yaşıllıqla əhatə olunmuşdur. Altı mərtəbəli otel binası otel binası, sağlamlıq mərkəzi, ictimai spa mərkəzi, uşaq əyləncə mərkəzi da daxil olmaqlarahatlığınız üçün hər şey düşünülüb. Gold Naftalanın Sağlamlıq mərkəzində yüksək ixtisaslı mütəxəssislər naftalanla müalicənin və fizioteripayaların ənənəvi və innovativ üsullarından istifadə edir. Qonaqlar açıq terrasda füsunkar təbiətin bəxş etdiyi mənzərədən zövq alaraq yerli və əcnəbi mətbəxin ləziz təamlarından dada bilərlər. Qonaqlara bilyard, masaüstü tennis, fitnes və digər oyunlar kimi əyləncələrin geniş çeşidi təqdim olunur. Otelin ərazisində mini market, bəylər üçün bərbər,qadın üçün gözəllik salonu və aptek mövcuddur. Gold Otel Naftalan Gold Health Hotel Голд отель Нафталан Min bir dərdin müalicəsi üçün Naftalan vannası Nadir xassələrinə görə, Naftalan nefti (və yaxud yağı) 70-dən artıq xəstəliyin müalicəsində istifadə oluna bilər. Bura dəri, əzələ-oynaq, uroloji və qulaq, burun, boğaz xəstəlikləri, o cümlədən, sinir sistemi, qan-damar sistemi ilə bağlı problemlər, stres və yorğunluq daxildir. Bütün il ərzində Gold Naftalan otelində spa və idman zallarında sağlamlıq və istirahət imkanları təklif edilir. Naftalana səfər edən turistlər hansı müalicəni alacaqlarını müəyyənləşdirmək məqsədilə, ilk növbədə, "check up" (ümumi) müayinədən keçirlər. Bundan sonra təyin olunan müalicəyə, bir qayda olaraq, neft vannaları qəbul etmək daxildir. Bununla yanaşı, xəstələr balneoterapiya, brom vannaları, masajlar, fizioterapiya və parafin terapiyasından da istifadə edə bilərlər. Naftalana xəstəlik müalicəsi deyil, sadəcə rahatlanmaq və relaksasiya ardınca da gələ bilərsiniz. Hər bir halda, Naftalan xəstəlik, stres və yorğunluqdan qurtulmaq üçün ideal məkandır!
Nadir xassələrinə görə, Naftalan nefti (və yaxud yağı) 70-dən artıq xəstəliyin müalicəsində istifadə oluna bilər. Bura dəri, əzələ-oynaq, uroloji və qulaq, burun, boğaz xəstəlikləri, o cümlədən, sinir sistemi, qan-damar sistemi ilə bağlı problemlər, stres və yorğunluq daxildir.
Bütün il ərzində Gold Naftalan otelində spa və idman zallarında sağlamlıq və istirahət imkanları təklif edilir. Naftalana səfər edən turistlər hansı müalicəni alacaqlarını müəyyənləşdirmək məqsədilə, ilk növbədə, "check up" (ümumi) müayinədən keçirlər. Bundan sonra təyin olunan müalicəyə, bir qayda olaraq, neft vannaları qəbul etmək daxildir.
Bununla yanaşı, xəstələr balneoterapiya, brom vannaları, masajlar, fizioterapiya və parafin terapiyasından da istifadə edə bilərlər. Naftalana xəstəlik müalicəsi deyil, sadəcə rahatlanmaq və relaksasiya ardınca da gələ bilərsiniz. Hər bir halda, Naftalan xəstəlik, stres və yorğunluqdan qurtulmaq üçün ideal məkandır!
2 nəfərin rahat yerləşə biləcəyi Standard otaqların (23 m²) komfort və rahatlığını hiss edin. (23 m²)
Superior otaqların (40 m²) komfort və rahat atmosferi 3 və 4 nəfərlik ailələr üçün ideal seçimdir. (40 m²)
Qonaq və yataq otağından ibarət Suite otaqlarda (56 m²) hər şey sizin rahatlığınız üçün dizayn edilib. (56 m²)
4 nəfərin rahat yerləşə bildiyi, qonaq və 2 yataq otağından ibarət olan Deluxe otaqlar (94 m²) ev abu-havası təklif edir. (94 m²)
Saytımızda qeyd edilən otellər uzunmüddətli partnyorlarımız olduğundan, sizə ən optimal qiymətləri təqdim edirik. Təqdim etdiyimiz qiymətlər əksər hallarda daha aşağıdır.
Biz hər bir otel və ya kurort haqqında hərtərəfli məlumat veririk. Bu məlumatlar daim yeniləndiyindən qonaqlarımıza endirimlər, xüsusi təkliflər və digər xəbərlər barədə ilk olaraq məlumat veririk.
Aviabilet, otel rezervasiyası, transfer, ekskursiya və s. xidmətləri ilə istirahətiniz boyu yarana biləcək bütün suallarınız peşəkar komandamız tərəfindən qısa müddətdə cavablandırılacaqdır.