Loading...
Qarabağ Resort & SPA
Qarabağ Resort & SPA
Qarabağ Otel Naftalan, incəliklə dizayn edilmiş otaqlarından hər damaq zövqünə uyğun mətbəxi ilə sağlam həyatla iç-içə unudulmaz bir istirahət vəd edir.
Müalicə və Tibbi Ekspertiza
Geniş çeşiddə effektiv və fərdiləşdirilmiş tibbi müalicə üsulları ilə xidmət.
Qidalanma
Milli və Avropa mətbəxi ilə zəngin, sağlam “açıq bufet” təcrübəsi.
Əyləncə
Rahat istirahət, yüksək sürətli Wi-Fi, pulsuz parkinq və asudə fəaliyyətlər.
Qarabağ Resort & SPA haqqında

Qarabağ Otel Bakıdan 350 km məsafədə, Naftalan şəhərində yerləşir. Sanatoriya gözəl yaşıllıq ərazidə , Gəncə Beynəlxalq Hava limanından 50 dəqiqəlik məsafədə yerləşir. Sanatoriyanın yeni tikilmiş otel binası, sağlamlıq mərkəzi, ictimai spa mərkəzi, uşaq əyləncə mərkəzi da daxil olmaqla, 11 hektarlıq ərazini əhatə edir. Qonaqlar açıq terrasda füsunkar təbiətin bəxş etdiyi mənzərədən zövq alaraq yerli və əcnəbi mətbəxin ləziz təamlarından dada bilərlər. Qonaqlara boulinq, bilyard, masaüstü tennis, ip parkuru, aerobika, fitnes, yoqa və digər oyunlar kimi əyləncələrin geniş çeşidi təqdim olunur.

Galereya
Min bir dərdin müalicəsi üçün
Naftalan vannası

Nadir xassələrinə görə, Naftalan nefti (və yaxud yağı) 70-dən artıq xəstəliyin müalicəsində istifadə oluna bilər. Bura dəri, əzələ-oynaq, uroloji və qulaq, burun, boğaz xəstəlikləri, o cümlədən, sinir sistemi, qan-damar sistemi ilə bağlı problemlər, stres və yorğunluq daxildir.

Bütün il ərzində Qarabağ Resort & Spa otelində spa və idman zallarında sağlamlıq və istirahət imkanları təklif edilir. Naftalana səfər edən turistlər hansı müalicəni alacaqlarını müəyyənləşdirmək məqsədilə, ilk növbədə, "check up" (ümumi) müayinədən keçirlər. Bundan sonra təyin olunan müalicəyə, bir qayda olaraq, neft vannaları qəbul etmək daxildir.

Bununla yanaşı, xəstələr balneoterapiya, brom vannaları, masajlar, fizioterapiya və parafin terapiyasından da istifadə edə bilərlər. Naftalana xəstəlik müalicəsi deyil, sadəcə rahatlanmaq və relaksasiya ardınca da gələ bilərsiniz. Hər bir halda, Naftalan xəstəlik, stres və yorğunluqdan qurtulmaq üçün ideal məkandır!

Qarabağ Resort & SPA
Müalicə Paketləri

Metabolik Paket

185 AZN /Gecə
  • Gündə 3 dəfə Qidalanma
  • Naftalan Vannası
  • Yod-Brom və ya Fitovanna
  • Fizioterapiyalar

Standard Paket

165 AZN /Gecə
  • Gündə 3 dəfə Qidalanma
  • Naftalan Vannası
  • 3 növ Fizioterapiya

İntensiv Paket

205 AZN /Gecə
  • Gündə 3 dəfə Qidalanma
  • Naftalan Vannası
  • 5 növ Fizioterapiya
Əfsunedici Otaqlar
Deluxe Otaq
•••

Gözəl mənzərəyə açılan eyvanlı Deluxe otaqların (30 m²) komfort və rahatlığını hiss edin. (30 m²)

Standard Müalicə Paketi
1 nəfər : 210 AZN/gecə
2 nəfər : 330 AZN/gecə
Metabolik Paket
1 nəfər : 230 AZN/gecə
2 nəfər : 370 AZN/gecə
İntensiv Müalicə Paketi
1 nəfər : 250 AZN/gecə
2 nəfər : 410 AZN/gecə
Qeyd: Müalicə Paketləri üçün minimum rezervasiya 7 gecədən başlayır.
Deluxe Otaq
Grand Deluxe Otaq
•••

Məxsusi olaraq yaşam, əyləncə və istirahət üçün yaradılmışdır! Gözəl bağ mənzərəsinə baxan. Grand Deluxe otaqların (35 m²) komfort və rahat atmosferinə xoşgəlmisiniz. (35 m²)

Standard Müalicə Paketi
1 nəfər : 225 AZN/gecə
2 nəfər : 345 AZN/gecə
Metabolik Paket
1 nəfər : 245 AZN/gecə
2 nəfər : 385 AZN/gecə
İntensiv Müalicə Paketi
1 nəfər : 265 AZN/gecə
2 nəfər : 425 AZN/gecə
Qeyd: Müalicə Paketləri üçün minimum rezervasiya 7 gecədən başlayır.
Grand Deluxe Otaq
Junior Suite Otaq
•••

Eleqant çalarlar, geniş otaqlar və qüsursuz interyer. Junior Suite otaqlarda (45 m²) bütün bunların həzzini yaşayın. (45 m²)

Standard Müalicə Paketi
1 nəfər : 265 AZN/gecə
2 nəfər : 385 AZN/gecə
Metabolik Paket
1 nəfər : 285 AZN/gecə
2 nəfər : 425 AZN/gecə
İntensiv Müalicə Paketi
1 nəfər : 305 AZN/gecə
2 nəfər : 465 AZN/gecə
Qeyd: Müalicə Paketləri üçün minimum rezervasiya 7 gecədən başlayır.
Junior Suite Otaq
Executive Suite Otaq
•••

4 nəfərin rahat yerləşə bildiyi, qonaq və yataq otağından ibarət olan Executive Suite otaqlar (65 m²) ev abu-havası təklif edir. (65 m²)

Standard Müalicə Paketi
1 nəfər : 320 AZN/gecə
2 nəfər : 440 AZN/gecə
Metabolik Paket
1 nəfər : 340 AZN/gecə
2 nəfər : 480 AZN/gecə
İntensiv Müalicə Paketi
1 nəfər : 360 AZN/gecə
2 nəfər : 520 AZN/gecə
Qeyd: Müalicə Paketləri üçün minimum rezervasiya 7 gecədən başlayır.
Executive Suite Otaq

Niyə Biz ?

Aşağı qiymətlər

Saytımızda qeyd edilən otellər uzunmüddətli partnyorlarımız olduğundan, sizə ən optimal qiymətləri təqdim edirik. Təqdim etdiyimiz qiymətlər əksər hallarda daha aşağıdır.

Ən son məlumatlar

Biz hər bir otel və ya kurort haqqında hərtərəfli məlumat veririk. Bu məlumatlar daim yeniləndiyindən qonaqlarımıza endirimlər, xüsusi təkliflər və digər xəbərlər barədə ilk olaraq məlumat veririk.

24/7 Müştəri Xidməti

Aviabilet, otel rezervasiyası, transfer, ekskursiya və s. xidmətləri ilə istirahətiniz boyu yarana biləcək bütün suallarınız peşəkar komandamız tərəfindən qısa müddətdə cavablandırılacaqdır.